İsrail ordusu Qəzza zolağına raket zərbəsi endirdi
İsrail ordusu Qəzza zolağına raket zərbəsi endirib və bunun həmin ərazidən raket zərbəsinə tutulmasına cavab olduğunu bildirilib.
1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, İsrail ordusuna (ÇAXAL) məxsus qırıcı təyyarələr bu gecə Qəzza zolağındakı hərbi obyektə zərbə endirib: “Vurulan yeraltı hərbi obyekt Fələstinin “HƏMAS” təşkilatına məxsus olub və Qəzza zolağında raketlərin istehsalı və təkmilləşdirilməsi üçün istifadə olunub”.
İsrail hərbçiləri bildirib ki, endirilmiş zərbə nəticəsində “HƏMAS”a məxsus raket arsenalının gücləndirilməsində çətinliklər yaranacaq.
580