Evlərin qiyməti bahalaşıb, yoxsa ucuzlaşıb? - Ekspertdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Müsahibə

Evlərin qiyməti bahalaşıb, yoxsa ucuzlaşıb? - Ekspertdən AÇIQLAMA

15:20 - 29 / 11 / 2022
Evlərin qiyməti bahalaşıb, yoxsa ucuzlaşıb? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda hazırkı mənzil bazarı başqa ölkələrlə müqayisə etsək ölkəmizdə əmlak bazarı 2022-ci il üçün pis olmadı”.

Bu sözləri 1news.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Anar Nəsirov deyib.

“Buna səbəb kimin Rusiya-Ukrayna arasında olan müharibə başladıqdan sonra istər Ukrayna tərəfindən istər də Rusiya tərəfindən gələn turistlər və müharibə qorxusundan qaçan insanlar Azərbaycanda olan ab-havanı yaxşı gördükdən sonra burada mənzil sahibi olmağa qərar verdilər”.

Ekspertin sözlərinə görə, başqa ölkələrdən Azərbaycana köçən insanların ölkəmizi seçməsinin əsas səbəbi təhlükəsizlik baxımından güvənli bir ölkə olmasıdır:

"Düzdür bu insanların Azərbaycanı seçməsində bir çox amillər var o amilərdən biri Azərbaycanın güvənli bir ölkə olmasıdır. Bu da öz növbəsində mənzil bazarında hərəkətlilik yaratdı. Belə ki, onların seçimlərinə nəzər salsaq görərik ki, onlar bu mənzilləri müvəqqəti yaşamaq üçün almırlar. Onların seçimlərində daha çox komforta və şəhərin ən gözəl yerləri olar ərazilərə maraq salmaqları bunu deməyə əsas verir. Çünki o mənzilləri əgər müvəqqəti almaq istəsə idilər onda daha çox ucuz mənzillər seçmiş olardılar. Hazırda Bakı və ətraf qəsəbələrdə mənzil bazarı çox hərəkətlidir”.

“İndi mənzil bazarında ən çox təlabat ipoteka ilə alınan mənzillərədir” - deyə, ekspert əlavə edib:

“Bu mənzillər söküntüyə getməyən və Sovet dövründə 1980-ci illər dövründə tikilmiş 9 mərtəbəli binalardır. Bundan başqa yeni tikilmiş binalarda 250.000 AZN-ə qədər və çıxarışı alınmış mənzillərə ipoteka üçün daha çox təlabat var.

Bakı şəhərinin mərkəzində indi 1-2-3 otaqlı Sovetlər dövründə tikilmiş mənzillərin qiymətlərində daha çox artım qeydə alınmışdır. Buna səbəb kimi onların qiymət nöqteyi-nəzərdən daha əl çatan olmasıdır. İndi bu mənzillər yerinə görə 1 otaqlı mənzil 60000 AZN-dən 95 000 AZN-ə qədər qiymətlərlə təklif edilir iki otaqlar isə 85000 AZN-dən 135000 AZN-ə qədər qiymətlərlə təklif edilir.

Ekspert deyir ki, üç otaqlı mənzillər isə yenədə yerinə uyğun olaraq 110000 AZN-dən 170000 AZN-ə qədər təklif edilir:

"Əgər ötən illərlə müqayisə etsək, indi əmlak almaq istəyənlərin daha çox hisəsi həyət evləri yox bina evlərinə üstünlük verirlər. Buna səbəb kimin həyət evlərinin daha problemli olmağını səbəb kimin göstərirlər. Bu problemlərdən ən böyüyü isə həmin evlərin çıxarışlı olmaması və o evləri almağın çox riskli olması əsas kimin göstərilir. Həyət evlərində bu kimi problemlərin olması isə öz növbəsində bina evlərinə təlabatı daha artırır və o civarda olan mənzillərin qiymətlərinin artmasına gətirib çıxarır. Əgər qardaş Türkiyə kimi bizim də ölkəmizdə Memar Barışı kimi lahiyələr həyata keçirilsəydi bəlkədə bu həyət evlərinə təlabatı artırardı. Qardaş ölkədə bu problem bütün tikilmiş həyət evlərin əfv edilməsi və sənədləşdirilməsi baş tutdu və tikilən evin kvadratına uyğun dövlət rüsumu ödənilməklə həmin evlər sənədləşdirildi və vergiyə cəlb edildi. Bizdə isə bu evlər heç bir vergi vermir və alqı-satqısı zamanı heç bir dövlət rüsumu ödənilmir bu da öz növbəsində dövlət büdcəsinə milyonlarla pulun verilməməsi deməkdir.

“İndi əmlak bazarında əmlak almaq istəyən alıcıların 55 faizini ipoteka ilə almaq istəyənlər təşkil edir” - deyə, o əlavə edib:

“İpoteka olmayan vaxt mənzil bazarı çox aşağı alıcılıq qabilliyəti olur. Deyə bilərəm ki, ipoteka mənzil bazarına ikinci nəfəsi verir və bazarda alıcılıq qabiliyyəti yarı yarıya artır və daha hərəkətlilik olur. Azərbaycan mənzil bazarının başqa ölkələrdən gələnlərin maraq göstərməsi və burda mənzil sahibi olmaq istəmələrinin əsas səbəbi kimi bu ölkəyə inam və etibarlarının olmasından xəbər verir”.

Aynurə Xudaverdiyeva

Paylaş:
2811

Sizin üçün xəbərlər

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər