Kürdəmirdə “Kia” kanala düşdü, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə “Kia” kanala düşdü, ölən var

Qafar Ağayev10:42 - 06 / 12 / 2022
Kürdəmirdə “Kia” kanala düşdü, ölən var

Kürdəmirdə avtomobil kanala düşüb, ölən var.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarasaqqal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili dərinliyi təqribən 2 metr olan su kanalına aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər