İqtisadiyyat naziri İtaliyada işgüzar səfərdədir | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat naziri İtaliyada işgüzar səfərdədir

11:38 - 18 / 07 / 2024
İqtisadiyyat naziri İtaliyada işgüzar səfərdədir

İtaliya Respublikasında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində o cümlədən, ticarət, enerji, nəqliyyat və sair istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.

Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

İqtisadiyyat nazirinin İtaliya Parlamentinin Xarici Ticarət Komitəsinin sədri Andrea Di Cüzeppe ilə görüşündə ticarət tərəfdaşlığının yüksək potensialı vurğulanıb, bu imkanların reallaşdırılması, xüsusilə, biznes subyektləri arasında əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları təqdim edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasına səfəri çərçivəsində İtaliyanın Lazio regionunun prezidenti Françesko Rokka ilə görüşüb. Tərəflər Azərbaycan-İtaliya tərəfdaşlığı çərçivəsində Lazio regionu ilə qarşılıqlı maraq doğuran iqtisadi məsələləri və özəl sektorda birgə fəaliyyətin təşviqi üçün perspektivləri nəzərdən keçiriblər.

Görüş İtaliyanın biznes subyektlərinin təmsilçilərinin iştirakı ilə davam etdirilib. İşgüzar dairələr arasında sənaye, energetika, o cümlədən “yaşıl” enerji, nəqliyyat-logistika, aqrar və digər sahələrdə yeni tərəfdaşlıqların qurulmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın və Lazio regionunun biznes və investisiya imkanlarına dair təqdimatlar nümayiş etdirilib.

Paylaş:
334

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər