Vitse-prezident: SOCAR 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə yönəlir | 1news.az | Xəbərlər
Cəmiyyət

Vitse-prezident: SOCAR 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə yönəlir

Qafar Ağayev11:59 - Bu gün
Vitse-prezident: SOCAR 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə yönəlir

“SOCAR, Azərbaycanın milli neft-qaz şirkəti olaraq, 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə çataraq ölkənin enerji lideri olmağı planlaşdırır”.

1news.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi ilə bağlı tədbirdə açıqlama verib.

K.Nəcəfov qeyd edib ki, bu məqsədə çatmaq niyyətlərini COP28-də elan ediblər.

“Hazırda biz bu transformasiya yolundayıq. Bu hədəfə üç mərhələdə nail ola bilərik. Birinci mərhələ - dekarbonizasiyadır. Bu mərhələdə biz dekarbonizasiyaya çatmaq üçün yüksək texnologiyalardan istifadə edirik. İkinci mərhələ təşkilati transformasiyadır və bu çərçivədə bərpa olunan enerji sahəsində düşüncə tərzimizi formalaşdırmaq istəyirik. Üçüncü mərhələdə isə beynəlxalq tərəfdaşlarımızla birgə hidrogen, günəş və külək enerjisi əsasında bizneslər qurmağı planlaşdırırıq,” - SOCAR-ın vitse-prezidenti əlavə edib.

Foto: Nadir İbrahimli

Paylaş:
34

Son xəbərlər

Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik edibBu gün, 13:38ADY-də təyinat - Arif Ağayev müavin olduBu gün, 13:20AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması, tək gediş üçün bir neçə ödəniş alması qanunsuzdurBu gün, 13:18Şənbə gününün hava proqnozuBu gün, 13:08Baş prokuror: Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olarBu gün, 12:50BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdirBu gün, 12:45COP29 çərçivəsində “Yaşıl artım portalı” təqdim edilib - FOTOBu gün, 12:40Hövsan qəsəbəsində su kəsiləcəkBu gün, 12:27Ceyhun Bayramov: Münaqişələrin dağıdıcı təsirləri iqlim böhranının daha da dərinləşməsinə səbəb olurBu gün, 12:18Vitse-prezident: SOCAR 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə yönəlirBu gün, 11:59Mikayıl Cabbarov: “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi önəmli təşəbbüslərdən biridirBu gün, 11:47İlham Əliyev Mahmud Abbası Fələstinin milli bayramı münasibətilə təbrik edibBu gün, 11:17Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıbBu gün, 11:01Kamaləddin Qafarov: “Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir”Bu gün, 10:43Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşübBu gün, 10:34Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:12Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıbBu gün, 09:54
Bütün xəbərlər