AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası verib | 1news.az | Xəbərlər
Cəmiyyət

AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası verib

Qafar Ağayev09:49 - 25 / 11 / 2024
AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası verib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC- poçt rabitəsi milli operatorunun Xankəndi filialına (Xankəndi Poçt) bank fəaliyyəti üçün lisenziya verilib.

Bu barədə 1news.az AMB-yə istinadən xəbər verir.

Belə ki, lisenziyası noyabrın 18-də verilmiş obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında fəaliyyət göstərəcək. Bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Məlumata görə, filala İbrahimov Həbib Hümbət oğlu müdir təyin edilib.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər