İçərişəhərdə Mir Teymur Məmmədovun İngiltərəli keramika ustası ilə birgə sərgisi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə Mir Teymur Məmmədovun İngiltərəli keramika ustası ilə birgə sərgisi keçirilib - FOTO

Qafar Ağayev09:18 - Bu gün
İçərişəhərdə Mir Teymur Məmmədovun İngiltərəli keramika ustası ilə birgə sərgisi keçirilib - FOTO

Fevralın 3-də İçərişəhərdə Azərbaycanının tanınmış rəssamı və keramika ustası Mir Teymur Məmmədovun İngiltərəli həmkarı İrina Denev ilə birgə yaratdığı keramika əsərlərindən ibarət sərginin nümayişi baş tutub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sərgi üç gün davam edən "Duet Simpozium"un nəticəsi olaraq ərsəyə gəlib.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və kollektivi, “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, qədim şəhərin sakinləri, Mir Teymur Məmmədovun sənət dostları, o cümlədən incəsənət xadimləri iştirak ediblər.

Mir Teymur Məmmədov və İrina Denevin birgə əməkdaşlığı yalnız Azərbaycanın beynəlxalq sənət aləmində tanıdılmasına töhfə vermir, eyni zamanda dünyanın fərqli bölgələrindən gələn zəngin keramika ənənələrini birləşdirərək sənətsevərlərə yeni və fərqli təcrübə təqdim edir. Bu kimi yaradıcılıq layihələri mədəniyyətlərarası əlaqələrin inkişafına və sənətin müxtəlif üslublarının qarşılıqlı təsirinə dəyər qatır.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər