ASCO üzrə ötən il təhvil verilmiş tullantıların həcmi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO üzrə ötən il təhvil verilmiş tullantıların həcmi açıqlanıb

Qafar Ağayev14:04 - Bu gün
ASCO üzrə ötən il təhvil verilmiş tullantıların həcmi açıqlanıb

ASCO-da həm gəmilərin istismarı, həm də sahil obyektlərinin fəaliyyəti zamanı ətraf mühitə mümkün zərərli təsirlərin azaldılması, o cümlədən tullantıların və emissiyaların həcminin minimuma endirilməsi daim diqqətdə saxlanılır. Bununla əlaqədar planlı şəkildə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.

1news.az xəbər verir ki, ötən il ərzində də bu istiqamətdə fəaliyyətlər davam etdirilib. Gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranmış müxtəlif maye və bərk tullantılar müvafiq müqavilələr əsasında sertifikasiyalı qurumlara təhvil verilib və ərazilərdən çıxarılıb.

2024-cü ilin nəticələrinə görə, ASCO gəmilərindən 103,76 m³ plastmas, 776,76 m³ qida qalığı, 749,9 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 123,94 m³ istismar tullantısı, 132,1 m³ neft qalığı-şlam, 4380,37 m³ döşəməaltı lyal su, 93 614,13 m³ təsərrüfat-məişət çirkab su təhvil verilib.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 26,6 ton yanmış qəlib qumu, 1445,2 ton abraziv (gəmi gövdəsindən çıxan pas, boya, çınqıl-qum qarışığı), 83 381 ton təsərrüfat-məişət çirkab suyu, 1025,2 ton neftli döşəməaltı lyal su, 255,04 ton sürtgü yağı, 4700 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s.), 1051 m³ qida qalığı, 716,75 m³ polimer əsaslı və plastmas tullantı, 88 m³ yağlı və neftli tullantı, 205 m³ rezin tullantı, 369 m³ istismar tullantısı və 0,069 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib və ərazilərdən çıxarılıb.

İl ərzində 1 ton kağız, 0,524 ton plastmas, 558,75 ton qara metal və 0,9 ton əlvan metal təkrar emala göndərilib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər