Çaylarda sululuq artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda sululuq artıb

Qafar Ağayev09:35 - 02 / 05 / 2025
Çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 2-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə 1news.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, suyun səviyyəsi Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 15 sm, Zabuxçay-Bozluda 8 sm, Tərtərçay-Vəngdə 4 sm, Bərgüşadçay-Əliquluuşağıda 3 sm, Oxçuçay-Bürünlü və Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər