Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Qafar Ağayev14:46 - Bu gün
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Avqustun 5-də Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla 50 hektar ərazinin yanması ilə nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.

Hazırda faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər