DGK xətti ilə büdcə daxilolmaları azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

DGK xətti ilə büdcə daxilolmaları azalıb

Qafar Ağayev13:58 - 06 / 10 / 2025
DGK xətti ilə büdcə daxilolmaları azalıb

Bu ilin ilk 9 ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,748 milyard manat təşkil edib.

1news.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon manat və ya 3,7% azdır. Gömrük daxilolmaları proqnozdan 1,6% az icra edilib.

Qeyd edək ki, 2025-ci il üzrə Dövlət Gömrük Komitəsi büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir.

Paylaş:
529

Son xəbərlər

Qızıl yenidən bahalaşıb

22 / 11 / 2025, 11:57
Bütün xəbərlər