Türkiyədə gəzinti gəmisi batdı: Ölən var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə gəzinti gəmisi batdı: Ölən var

Oksana Orucova12:25 - Bu gün
Türkiyədə gəzinti gəmisi batdı: Ölən var

Türkiyədə güclü fırtına nəticəsində gəzinti gəmisi batıb

1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Muğla vilayətinin Fethiye bölgəsində baş verib.
Nəticədə 1 nəfər həyatını itirib.
Güclü külək səbəbindən sahilə bağlanmış gəminin kəndiri qırılıb, gəmi qayalara çırpılıb və içinə su yığıldıqdan sonra batıb.
Hadisə yerinə Sahil Mühafizə, axtarış-xilasetmə qrupları və təcili tibbi yardım briqadaları cəlb olunub. Gəmidə olan 7 nəfərdən 6-sı xilas edilib, itkin düşən 59 yaşlı İbrahim Özbekin meyiti isə səhər saatlarında tapılıb.
Hazırda batmış gəminin sudan çıxarılması üçün hazırlıq görülür, həmçinin yanacaq sızmasının qarşısını almaq məqsədilə ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər