4 qardaş 44 günlük döyüşlərdə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

4 qardaş 44 günlük döyüşlərdə - FOTO

19:37 - 04 / 12 / 2020
4 qardaş 44 günlük döyüşlərdə - FOTO

İkinci Qarabağ müharibəsində işğalçı düşmənə qarşı döyüşərək torpaqlarımızın azad edilməsində onların da böyük rolu olub.

“Report” xəbər verir ki, söhbət Azərbaycan Ordusunda xidmət edən hərbçi 4 qardaşdan gedir.

Tovuz rayonunun Dondarquşçu kəndindən olan Səməd, Elnur və Kamran Hüseynov qardaşları sentyabrın 27-dən başlayan döyüşlərdə fəallıq nümayiş etdiriblər.

Onlardan üçü ixtisaslı zabit, biri müddətdən artıq hərbi xidmət edən (MAXE) kimi Vətən müharibəsinə qatılıb. Səməd, Elnur və Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitiriblər. Onlardan ikisi hərbi təyyarəçi, Elnur hava hücumundan müdafiə üzrə mütəxəssisdir. Qardaşlardan digəri - Afiq isə MAXE-dir.

Qardaşlardan ən böyüyü Hüseynov Səməd Mahir oğlu 1 sentyabr 1984-cü ildə anadan olub. O, 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra, 2002-2006-cı illərdə təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində davam etdirib. 2006-ci ildə leytenant hərbi rütbəsi ilə Hərbi Hava Qüvvələrində Su-25 təyyarəsində təyyarəçi kimi fəaliyyətə başlayıb. Ardıcıl olaraq 2006-cı ildə leytenant, 2008-ci ildə baş leytenant, 2011-ci ildə kapitan, 2015-ci ildə mayor rütbəsini qazanıb.

O, təcrübəli pilot kimi Vətən müharibəsində fəal iştirak edib.

Qardaşlardan üçüncüsü Hüseynov Elnur Mahir oğlu 13 aprel 1987-ci ildə doğulub. 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub, ardınca 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib, leytenant rütbəsi alıb.

Döyüşlərə kapitan kimi qatılan Elnur bu müharibədə əsas məsuliyyətli işlərin icrasında iştirak edib. Düşmənin Pilotsuz Uçuş Aparatlarının bir neçəsinin, eləcə də Azərbaycan Respublikasının hava sərhədlərini pozmağa cəhd edən düşmən təyyarələrinin havada məhv edilməsində xidməti olan zabitlərimizdəndir. Leytenant (2008), baş leytenant (2011) və kapitan (2016) rütbələrinə yiyələnən Elnura qələbədən sonra mayor (2020) rütbəsi verilib.

Qardaşların yaşca kiçiyi olan Hüseynov Kamran Mahir oğlu 8 avqust 1995-ci ildə anadan olub. O da Cəmşid Naxçıvanski adına hərbi liseyin (2010-2013) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin (2013-2017) məzunudur. Kursant vaxtlarında nizam-intizamılı olub kursu fərqlənmə ilə bitirdiyinə görə Türkiyəyə gəzintiyə göndərilməklə mükafatlandırılıb. 2017-ci ildə leytenant rütbəsi alan Kamran 2020-ci ildə baş leytenant olub. Leytenant rütbəsi ilə Bakıda N saylı hərbi hissədə vertolyotda pilot kimi xidmətə başlayıb. İki illik pilot təcrübəsi ilə baş leytenant kimi müharibədə iştirak edib.

Qardaşların yaşca ikincisi olan Hüseynov Afiq Mahir oğlu 17 oktyabr 1985-ci ildə dünyaya gəlib. 2014-cü ildən MAXE işləyən Afiq artilleriyaçı sürücüdür. Çox təcrübəli sürücü kimi çətin iqlimə malik dağlıq relyefdə ustalıqla maşın idarə edərək qələbəmizin təmin olunmasında misilsiz xidmətlər göstərib.

Bu qardaşların atası Mahir Hüseynov Birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, müharibə veteranı, ehtiyatda olan leytenantdır.

S.Xankişiyeva

 

Paylaş:
826

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər