“Biz veteranların, ağbirçəklərin xeyir-duası həmişə Sizinlədir” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Biz veteranların, ağbirçəklərin xeyir-duası həmişə Sizinlədir” – Vətəndaş məktubları

17:21 - 02 / 07 / 2020
“Biz veteranların, ağbirçəklərin xeyir-duası həmişə Sizinlədir” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Elçin Zamanovdan, Zaqatala, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Əvvəlcə Azərbaycan xalqının mənafeyi naminə gördüyünüz bütün işlər üçün Sizə ürəkdən gələn minnətdarlığımı bildirirəm. Bütün dünya ölkələrini cənginə almış koronavirus pandemiyasının Azərbaycanda təzahürləri hələ görülməmişdən əvvəl ölkəmizdə gerçəkləşdirdiyiniz təxirəsalınmaz tədbirlər sayəsində xalqımız bu pandemiyanın ciddi təsirlərindən qoruna bildi. Məhz Sizin həyata keçirdyiniz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu virusa yoluxanların sayı dünya ölkələri ilə müqayisədə azlıq təşkil etməkdədir. Bu pandemiya günlərində Siz əməlinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bütün bu işlərinizdən dolayı Sizə şəxsən öz adımdan, ailəmin və kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirir və uzun ömür, cansağlığı arzulayıram”.

Sidiqə Məmmədovadan, Şəki, Azərbaycan

“Hörmətli cənab Prezident.

Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə fədakar əməyimə görə məni “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Ölkəmizdə və bütün dünyada koronavirusla mübarizə aparıldığı bir dövrdə, işlərinizin çox gərgin bir vaxtında biz veteranları yaddan çıxarmadığınıza görə Sizə “çox sağ olun” deyirik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı heç vaxt nəzərdən salmasın. Biz veteranların, ağbirçəklərin xeyir-duası həmişə Sizinlədir”.

Səriyyə Ziyadova-Eyvazovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır. Son illər ərzində görülən genişmiqyaslı işlər, min bir əziyyət hesabına ərsəyə gələn sosial və infrastruktur obyektləri bunu deməyə əsas verir. Respublikamızda abad yollar çəkilib, gözəl şəhərlər yaradılıb, müasir məktəblər və xəstəxanalar tikilib xalqın istifadəsinə verilmişdir. ASAN Xidmət də Sizin uğurlarınızdan biridir. Gənc nəslin nümayəndələrinə geniş imkanlar açmağınız, onları dövlət idarəçiliyində irəli çəkməyiniz təqdirəlayiqdir.

Pandemiya dövründə uşaqlar və gənclər təhsildən geri qalmadılar. Virtual dərslərin təşkil olunması buna şərait yaratmışdır. Şagirdlər və tələbələr bu imkandan lazımınca faydalanmağa çalışırlar.

Əziz Prezidentimiz, Sizə bu çətin və şərəfli yolda həndəsi silsilə şəklində böyük uğurlar arzulayıram”.

Əlimuxtar Muxtarovdan, Saatlı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının vətəndaşı olaraq, pandemiya dövründə Sizin mərkəzində ölkə vətəndaşının sağlamlığı dayanan fəaliyyətinizə görə həm öz adımdan, həm də Saatlı rayonunun Dəllər kəndinin sakinləri adından sonsuz minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

Cənab Ali Baş Komandan, Sizin müvafiq tapşırığınızla aztəminatlı ailələrə təyin edilən birdəfəlik yardım bizim kəndimizdə də bir çox ailənin güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Bu məqamda bir ailənin Sizə olan alqışını, duyğusunu nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, ailə deyir: "Allah Prezident İlham Əliyevin atası Heydər babaya rəhmət eləsin, Özünə isə uzun və sağlam ömür versin". Bəli, hörmətli Prezidentimiz, biz Sizin Ulu Öndər yolu ilə həyata keçirdiyiniz daxili və xarici siyasəti bəyənir, dəstəkləyir, eyni zamanda, hər an Sizin yanınızda olduğumuzu ifadə etmək istəyirik.

Tanrı Sizi, ailənizi və bütün Azərbaycan xalqını gözəgörünməz bəla və müsibətlərdən hifz etsin”.

Raqub Cəfərovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Yeni növ koronavirus - COVID-19 infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır.

Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
690

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər