“Bütün xalqımız Sizinlə də, ordumuzla da, əsgərimizlə də fəxr edir” – Ali Baş Komandana məktub | 1news.az | Xəbərlər
Siyasət

“Bütün xalqımız Sizinlə də, ordumuzla da, əsgərimizlə də fəxr edir” – Ali Baş Komandana məktub

18:13 - 01 / 08 / 2020
“Bütün xalqımız Sizinlə də, ordumuzla da, əsgərimizlə də fəxr edir” – Ali Baş Komandana məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Çiçək Əkbərovadan, Quba, Azərbaycan

“Hörmətli cənab Prezident.

Təbiət bizim yurdumuzu misilsiz gözəllik diyarı yaradıb. Sizin diqqət və qayğınız sayəsində bu gözəllik hər il birə beş artır. Təsadüfi deyil ki, Qubanın inkişafı, gözəlliyi barədə məlumatlar bütün dünyanı gəzir. Bu gözəllik ona görə cəzbedicidir ki, müasir infrastruktur yaradılmış, rahat yollar çəkilmişdir.

Mənim 70 yaşım var. Uzun illər sovxozda çalışmışam. Hazırda maldarlıqla məşğulam. Kəndimizin gözəl təbiəti var. Lakin son vaxtlar kəndimizdə görülən işlər bu gözəlliyi görmək istəyənlərə daha rahat şərait yaradır.

Sizin qayğınız sayəsində kəndimizə yeni yol çəkildi. Bu hadisə kənd sakinlərinin sevincinə səbəb olmaqla yanaşı, gələcəyə inamını da artırıb.

Cənab Prezident, rayonumuzun, o cümlədən doğma kəndimizin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə kəndimizin sakinləri adından minnətdarlığımı bildirirəm”.

Xatirə Məmmədovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu məktubumla hər zaman xalqın qeydinə qaldığınıza görə Sizə minnətdarlığımı bildirmək və əmin-amanlığımızın qarantı olan Milli Ordumuza dəstəyimi ifadə etmək istəyirəm.

Əvvəl-axır torpaqlarımızı qaytaracağımızı bilən düşmənlərimiz qəsdən təxribata əl atır. Lakin arzuları ürəklərində qalacaq.

Mən və övladları cəbhədə olan bütün analar Sizə, komandanı olduğunuz ordumuza güvənir, müasir döyüş texnikasına sahib əsgərlərimizin qələbə ruhuna inanırıq.

Sizə, ordumuza uğurlar arzu edirəm. Bu gün cəbhə bölgəsində düşmənin önünü kəsən zabit oğlumun anası olduğum və Hərbi Hospitalda əsgərlərimizə xidmət etdiyim üçün çox qürurluyam.

İnanıram ki, haqq işimiz, arzumuz olan torpaqlarımızın azadlığı yaxın günlərdə hamımıza Qələb sevinci yaşadacaq”.

Yazgül Quliyevadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün qüdrətli Azərbaycan və onun Ordusu xalqımızın qürur mənbəyidir. Siz çıxışlarınızdan birində vurğuladığınız kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”. Bütün xalqımız Sizinlə də, ordumuzla da, əsgərimizlə də, zabilərimizlə də fəxr edir.

Biz qadınlar da ölkəmizdə baş verən hadisələrə biganə qala bilmərik. Azərbaycan vətəndaşı olaraq hər zaman dövlətimizim başçısının, hərbçilərimizin yanında olduğumuzu bildiririk.

Allah ölkəmizi hifz etsin”.

Salman Veysəlovdan, Qəbələ, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu günlər Azərbaycanda birlik günləridir. Ölkəmizin elə bir bölgəsi yoxdur ki, oradakı insanların ürəyi döyüşdə olan əsgərlərimizlə birlikdə döyünməsin.

Cənab Prezident, işğaldan azad edilən Cocuq Mərcanlıda yaşayışın bərpa edilməsi doğma torpaqlara qayıdışın başlanğıcıdır. Əminik ki, Sizin qətiyyətli siyasi kursunuz, xalqın böyük inamı və ordumuzun gücü hesabına torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli dövlət bayrağımız Azərbaycanın əbədi müstəqilliyinin rəmzi olaraq Qarabağda qürurla dalğalanacaqdır.

Həmin günlərin şahidi olmağım üçün könüllü olaraq döyüş bölgəsinə göndərilməyimlə bağlı əmrinizi gözləyirəm”.

Namiq Balakişiyevdən, Şabran, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Sizin tərəfinizdən uğurla davam etdirilməsidir.

Cənab Prezident, mən idmançıyam, hərbi xidməti başa vurmuşam. Qürurla bəyan edirəm ki, Vətənin müdafiəsində iştirak edərək qəhrəmanlıq göstərəcəyəm. Mənə - Sizin sadiq əsgərinizə güvənə bilərsiniz. Sizin əsgəriniz olmaq mənim üçün böyük şərəfdir. Bütün əmrlərinizə hazıram”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
757

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər