Deputat: “Biz dövrü postkorona adlandıracağıq” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Biz dövrü postkorona adlandıracağıq”

12:01 - 31 / 03 / 2020
Deputat: “Biz dövrü postkorona adlandıracağıq”

“Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq” .

Bunu 1news.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, əgər bunun fərqində olmasaq hər birimiz öz şəxsi qarantin rejimimizi elan edib özümüzü təcrid etməsək ən pis senari ilə üzləşə bilərik .

“Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi , səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi qarantin rejimini tətbiq etdiyimiz tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq . Əks təqdirdə nəinki özümüzün həm də yaxınlarımızın , sevdiklərimizi həyatına ciddi təhlükə yarada bilərik. Hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrubəsi var. Hansı ölkələrdə qarantin rejimi vətəndaşıar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa həmin ölkələr koronavirusa minimum itkiylə qalib gələ bildilər. Bunu əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vatəndaçlıq borcumuz maksiimum özünütəcridetmədir. Maksimim passiv evdə qalmaqdır . Bu gün passiv evdəqalama koronavirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir .

H.Babaoğlu bildirib ki, bir müddət sonra bu təhlükə də arxada qalacaq .

“Sosial-ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü postkorona dövrü adlandıracağıq . Gəlin elə tədbirlər alaq ki, bu dövrə yaxınlarımızla, əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir. Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. “Evdə qal Azərbaycan”,  “Vətəndaş, evdə qal” bu günün ən aktual çağırışıdır . Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək!"

Qafar Ağayev

Paylaş:
717

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər