1news.az

Ermənistanda mafiya yeni doğulmuş uşaqları analarından məcbur alaraq Avropaya satıb

5 Mart saat 17:29 ~ 4 dəqiqəlik oxu 2430
Ermənistanda mafiya yeni doğulmuş uşaqları analarından məcbur alaraq Avropaya satıb

Ermənistanda uşaqların qanunsuz olaraq övladlığa götürülməsi ilə bağlı qalmaqal yeni faktlar əsasında daha da genişlənir. Yaxın günlərdə məsələ ilə bağlı şübhəli bilinənlərə qarşı yeni ittihamlar irəli sürülüb.

Xüsusilə, Respublika Reproduktiv Tibb, Perinatologiya, Doğum və Ginekologiya İnstitutunun direktoru Razmik Abramyana qarşı Cinayət Məcəlləsinin 167-ci maddənin 2-ci hissəsinin 3-cü bəndində (“Uşağın valideyninin və ya uşağa qəyyumluq edən şəxslərin heç bir razılığı olmadan onlardan ayırılması”) nəzərdə tutulmuş yeni ittihmlar irəli sürülüb, deyə Baş Prokurorluğun məlumatında qeyd olunur.

Bundan əlavə, məhkəmə prokurorun Abramyanın həbsi üçün tələbini təmin etdi.

Xatırladaq ki, Ermənistanda uşaqların xarici vətəndaşlara qanunsuz övladlığa verilməsi və satılması ilə bağlı qalmaqal ötən ilin noyabrında başlamışdı. Həmin vaxt ölkənin Milli Təhlükəsizlik Xidməti yeni doğulmuş uşaqların əcnəbilərə qanunsuz olaraq övladlığa götürülməsi və satılması ilə bağlı bir sıra cinayətlərin ifşa olunduğunu bildirib. Xarici vətəndaşlar tərəfindən uşaqların qanunsuz olaraq övladlığa götürülməsini təşkil etməkdə şübhəli bilinən Ermənistan Respublika Reproduktiv Tibb, Perinatologiya, Doğum və Ginekologiya İnstitutunun direktoru Razmik Abramyan, onun müavini Arşak Cerceryan, Yerevan Uşaq Evinin rəhbəri Liana Karapetyan saxlanılıb.

Cinayət işinin materiallarıına əsasən, mafiya 2009-cu ildən fəaliyyət göstərib. Cinayətkarlar vətəndaşların valideyn hüquqlarından imtina etmələri və övladlığa götürməyə razılıq verdikləri barədə yazılı ifadələrindən istifadə ediblər. Lakin istintaq zamanı valideynlərdən biri heç bir açıqlama yazmadığını və uşağından imtina etmədiyini bildirib. Cinayət işinin materiallarına görə, Razmik Abramyan və tərəfdaşları yeni doğulan uşaqları qanunsuz olaraq aparıblar. Valideynlərə isə uşaqların doğuş zamanı öldüyünü bildiriblər. Bəzi qadınlar abort etdirmək istəsələr də, onlara məcbur doğmağı, digərlərinə yeni doğulmuş övladlarının xəstə olduğunu bildiriblər.

Aydın olub ki, 2016-cı ildən 2018-ci ilə qədər 30-dan çox uşaq analarından məcburi şəkildə imtina edildikdən sonra İtaliyaya övladlığa göndərilib.

Rezonans doğuran cinayət işi beynəlxalq təşkilatların və xarici KİV-in də diqqətini cəlb edib.

Belə ki, “Thomson Reuters Foundation” “Stolen and sold: Armenia probes babies lost to Europe” məqaləsində Ermənistanda cinayətkar qrupun yeni doğulmuş uşaqları analarından aldadılaraq aldındığını təsvir edir.

BMT ekspertinin fikrincə, "ciddi narahatlıq doğuran" işlə əlaqədar aparılan istintaq yüzlərlə erməni anasının bu sualı düşünməyə vadar etdi: "Onların itirilmiş uşaqlarının taleyi necə oldu?"

“Əminəm ki, övladım sağdır”, - Aykuxi Xaçatyan bildirib. Qalmaqalın mərkəzində olan Yerevan klinikasında ona bildiriblər ki, üçüncü övladı ölü doğulub.

2015-ci ildə erməni uşaqlarının övladlığa götürülməsindən narahatlığını ifadə edən BMT-nin Uşaq alverinə qarşı mübarizə üzrə xüsusi məruzəçisi Mod de Bur-Bukikkio  bildirib ki, bu "ciddi və həyəcanverici çağırış" olan fırıldaqdır:

“Mafiya uşaqlara məhsul kimi baxır və onlarla alverdən maddi gəlir güdür. Bu, tamamilə qanunaziddir. Anaların öz uşaqlarının gələcəyi haqda bilmək hüquqları var”.

 “Ermənistana 2015-ci ildə səfər zamanı Bur-Bukikkio maddi imkanı az olan uşaqların Uşaqlar Evində hansı vəziyyətdə qaldıqlarını öz gözləri ilə görüb. Onlardan bəzilərinə saxta əlillik sənədi düzəldilib.Ermənistanda müvafiq qurum olmadığından uşaqları övladlığa götürmək istəyən əcnəbilər vasitəçilərin köməyinə müraciət edib”, - deyə məqalədə yazılıb.

Dailymail.co.uk da erməni mafiyalarının uşaq alverindən yazıb.

“Doğum Evində qızı əlindən alınaraq Avropaya satılan Syuzanna Patvakyanın vəkili Marat Kostanyan bildirib ki, cinayətkar qrup genişdir və onun tərkibində yüksək rütbəli məmur və polislər də var.

Uşaq alverilə məşğul olan mafiya narkomafiyadan da qüdrətlidir. Bu cinayətkar şəbəkə ölkəni uşaq istehsalı ilə məşğul olan inkubatora çevirib”, - deyə İngiltərə nəşrində yazılır.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net