İrəvanda aksiya: Paşinyan səsimizi eşitməsə, Sarkisyandan daha pis tale yaşayacaq | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda aksiya: Paşinyan səsimizi eşitməsə, Sarkisyandan daha pis tale yaşayacaq

14:44 - 19 / 08 / 2019
İrəvanda aksiya: Paşinyan səsimizi eşitməsə, Sarkisyandan daha pis tale yaşayacaq

Ermənistanın baş naziri Nikol Paşinyanın Baqramyan prospekti 26-da yerləşən iqamətgahı qarşısında Amuslar qızıl yatağının istismarına qarşı etiraz aksiyası keçirilir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, etirazçılardan biri Hrayr Kostanyan dövlət qurumlarının nümayəndələrinin dəvəti ilə iştirak etdiyi Amuslarla bağlı aparılan  müzakirələrdən razı qalmayıb.

"Cermukdan məmurları çağırmışdılar, guya ki, müzakirələr aparırlar. Müzakirə kiminlə keçirilir? Bu məsələ bütün ermənilərə aiddir, mən özüm gələcəyimlə bağlı qərar verməliyəm. Məndən başqa İrəvanda yaşayan heç kim əvəzimə qərar verə bilməz ”, deyə Kostanyan bildirib.

O qeyd edib ki, Paşinyan xalqın səsini eşitməsə, sələfləri ilə eyni taleyi yaşayacaq:

“Nikol Paşinyan xalqının səsini eşitmir, "Serjizm" davam edir və bu gün açıq şəkildə bəyan edirəm ki, əgər o, oyanmasa, Serj Sarkisyanın taleyini yaşayacaq, ola bilər ki, daha da pisini”.

Xatırladaq ki, Paşinyan bu gün Baqramyan 26 ünvanındakı iqamətgahda Amuslar qızıl yatağı məsələsi ilə bağlı Cermuk icmasının rəhbərliyi, Ağsaqqallar Şurasının üzvləri, müəllimlər və məktəb direktorları, sağlamlıq mərkəzləri və otellərin sahibləri ilə müzakirələr aparacaq.

P.S.

Paylaş:
790

Son xəbərlər

Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43
Bütün xəbərlər