Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur

20:27 - 05 / 08 / 2020
Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur

Dəniz mövsümünün açılması insanlarda təbii olaraq çimərliklərin yeni növ koronavirusun yayılmasına təsiri barədə bir sıra suallar yaradır.

AZƏRTAC xəbər verir ki, türkiyəli mütəxəssislərin fikrincə virusun sudan yoluxma riski olduqca azdır. Lakin, çimərliklərdə insanlar dənizdən istifadə etməklə yanaşı, eyni zamanda sıx toplaşır, yaxın təmasda olurlar.

Bu da xəstəliyin yayılmasına yol açan əsas səbəblərdən biridir. Məhz bu səbəbdən Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bu qadağalar arasında insanlar arasında dənizdə sosial məsafə aralığı bir metr müəyyən edilib, hətta bəzi bölgələrdə çimərlik və dənizdə maskadan istifadə qaydaları tətbiq olunur.

Hazırda Türkiyənin bəzi bölgələrində virusun artması müşahidə olunur. Hətta bəzi yaşayır ərazilərində sərt karantin qaydaları yenidən qüvvəyə minib. Lakin, bunun yay mövsümü və ya çimərliklərin açılması ilə əlaqəsi mütəxəssislər tərəfindən araşdırılır.

Xatırladaq ki, dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılıb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul daxil olmaqla ölkənin 81 vilayətində tullantı və palçıq sularında virus aşkarlanıb.

Onu da qeyd edək ki, mütəxəssislər aprel ayı ilə müqayisədə son nümunələrin alındığı iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər.

Türkiyənin turistik bölgələri, o cümlədən Antalyada da tullantı sularında virusa rast gəlinib. Mütəxəssislər sularda tapılan virusun ölü olduğunu bildiriblər ki, bu da müsbət haldır.

Hazırda türkiyəli mütəxəssislər tərəfindən mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması işlərinə başlanılıb.

AZƏRTAC

Paylaş:
635

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər