Vüqar Rəhimzadə: Dağıdıcı müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Dağıdıcı müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb

09:17 - 22 / 08 / 2019
Vüqar Rəhimzadə: Dağıdıcı müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb

Bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir. Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb.

1news.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, məqsəd birdir-onlara verilən “tapşırıqları” icra etmək, bunun müqabilində “xarici dayılarından” qrantlar qoparmaq…

“Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərinin yaxşı bilir. Bu gün sosial şəbəkələrdə “qəhrəmanlıq” edən belələri elə bu məkanda ayrı-ayrı insanların haqlı təzyiqlərinə məruz qalır, düz söz qarşısında əxlaqsızlıq nümayiş etdirirlər”, baş redactor vurğulayıb.

Vüqar Rəhimzadə bildirib ki, dağıdıcıların real həyatda olduğu kimi, artıq virtual məkanda da sosial dayaqları, müdafiəçiləri yoxdur:

“Bu il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı dağıdıcı müxalifətin “düzənlədiyi” şou hərbçimizin ruhuna çox böyük hörmətsizlikdir. Bu amil bir daha sübut edir ki, onlar üçün milli-mənəvi dəyərlər adında bir şey yoxdur. “Siyasi işbaz” Əli Kərimli bu dəfə də baş verən hadisədən şou yaratmağa cəhd edib, bununla özünə xal qazanmağa çalışıb. O, hərbçilərin dəfn mərasimində müxalifətin iştirakının əngəlləndiyini bildirib və buna görə hakimiyyəti günahlandırıb. Ancaq onun bu cəhdi də uğursuz olub”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Əli Kərimli və onun kimilərin xalq tərəfindən dəstəklənməməsinin bir sıra səbəbləri var:

“2016-cı ilin aprel hadisələri zamanı xalqımız böyük zəfərə sevindiyi halda, Əli Kərimli kimilər qələbənin mahiyyətini təhrif etməyə, ordumuzun uğuruna kölgə salmağa çalışdırlar. Dağıdıcılar aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin dəfn mərasimlərində iştirak edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Bununla onlar şəhidlərin ruhuna, onların doğmalarına, əzizlərinə qarşı böyük sayğısızlıq sərgiləyirdilər. Ona görə də insanlar Əli Kərimli və onun kimilərin səmimiyyətinə inanmır, haqlı olaraq onları görmək istəmirlər. Bu kimi amillər isə Əli Kərimli və onun dəstəsində böyük aqressiyaya səbəb olur və son nəticədə içlərindəki bütün kini, nifrəti xalqa, dövlətə tərəf çevirirlər. Bu və digər amillər bir daha Əli Kərimlinin yaramaz  ünsür olduğunu nümayiş etdirir”.

1news.az

Paylaş:
446

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər