XİN: Təxribatçı materialdan sonra “LifeNews”-un əməkdaşları Azərbaycandan çıxarılıb | 1news.az | Xəbərlər
Dünya

XİN: Təxribatçı materialdan sonra “LifeNews”-un əməkdaşları Azərbaycandan çıxarılıb

10:11 - 05 / 04 / 2016
XİN: Təxribatçı materialdan sonra “LifeNews”-un əməkdaşları Azərbaycandan çıxarılıb

“LifeNews” telekanalının əməkdaşları Azərbaycandan çıxarılıb”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, “LifeNews”-un əməkdaşları respublika ərazisinə akkreditasiya olunmadan daxil olublar, bundan əlavə real vəziyyəti təhrif ediblər, həqiqətə uyğun olmayan material hazırlayıblar.

“Azərbaycan tərəfi onlara münasibətdə xoş niyyət göstərib. Lakin “LifeNews”-un əməkdaşları öz təxribatçı fəaliyyətlərini davam etdiriblər. Bütün bunları nəzərə alaraq onların Azərbaycanda qalmaları məqsədsizlik kimi qiymətləndirilib”.

H.Hacıyev xatıladıb ki, “LifeNews” daha əvvəl də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş məlumatlar təqdim etmişdi.

Xatırladaq ki, Rusiyanın “Life News” telekanalı Tərtərdən reportajhazırlayarkən təxribata yol veriblər, həqiqətə uyğun olmayan material təqdim ediblər.

Müxbir bəyan edib ki, sakinlər təlaş içindədir və kütləvi surətsdə öz evlərini tərk edirlər.

Tərtərin girişində 15 maşın saxlanan avtodayanacaqda dayanan müxbir bildirir ki, rayondan sakinlər bütün ailə ilə buraya gəlir, öz maşınlarında yatır və evlərinə qayıtmağa qorxurlar. Guya ki, çoxları başqa şəhərlərə gedirlər.

Lakin kadrlardan göründüyü kimi, demək olar ki, maşınların çoxu boşdur.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriyalardan atəşə məruz qoyub.

Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

1news.az

Paylaş:
1205

Son xəbərlər

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 12:41İntihar edən 18 yaşlı qız hamilə imişBu gün, 12:35Dünyanın ən yaxşı qadın futbolçusunun adı açıqlandıBu gün, 12:22Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:21Şəmkirdə maşınla adam öldürən şəxs hava limanında saxlanıldıBu gün, 12:09Xaricdə yaşayan azərbaycanlıların “YAŞAT” Fonduna bu qədər ianə köçürübBu gün, 11:48İstanbulda təyyarə təcili eniş etdi - 28 nəfər qaçdıBu gün, 11:46Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər saxlanılıbBu gün, 11:34“Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi elan edilibBu gün, 11:23“11 ay ərzində ölkəmizdə 1 milyon 458 mindən çox ziyarətçi qeydə alınıb”Bu gün, 11:16İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub - FOTOBu gün, 11:14AQTA-dan xəbərdarlıq: 400-dən çox saxta alkoqollu içki aşkarlanıbBu gün, 11:12Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub - FOTOBu gün, 11:00Azərbaycan neftinin qiyməti 80 dollara düşübBu gün, 10:55Tariximizin Zəfər paradıBu gün, 10:50Qarşılayın! Yepyeni “Toyota Corolla Cross” - FOTO - VİDEOBu gün, 10:46Elm və Təhsil Nazirliyi 46 mln. manatlıq kompüter və avadanlıq alıbBu gün, 10:39Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək - FOTOBu gün, 10:35Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOBu gün, 10:07Koreya səfiri Qubaya səfər edib - FOTOBu gün, 10:02
Bütün xəbərlər

Next TV