İstanbul aeroportunda partlayış: 2 nəfər yaralanıb
Bu gün səhər İstanbulun “Sabiha Gökçen” hava limanında baş verən partlayış nəticəsində iki nəfər qadın yaralanıb.
Bu haqda 1news.az-ın Hurriyet qazetinə istinadən verdiyi xəbərə görə, partlayış Bakı vaxtilə səhər 04.05-də baş verib.
Partlayışdan əsasən aeroport işçiləri yaralanıb ki, onlardan birinin vəziyyəti ağırdır. Məlumatda qeyd olunur ki, qadınlardan biri əlindən, o birisi isə başından yaralanıb.
İstanbulun qubernatoru Vasip Şahin bildirib ki, hadisə yerində mütəxəssislər araşdırma aparır və partlayışın səbəbləri də onların söyləyəcəyinəticələrdən sonra veriləcək.
1news.az
1800