Böyük Britaniya XİN-in arxivindən: “Ermənistanda siyasət və cinayət aləmi vahid hala gəlib” – Qrem Uilson unikal tapıntı haqqında | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniya XİN-in arxivindən: “Ermənistanda siyasət və cinayət aləmi vahid hala gəlib” – Qrem Uilson unikal tapıntı haqqında

11:01 - 03 / 12 / 2019
Böyük Britaniya XİN-in arxivindən: “Ermənistanda siyasət və cinayət aləmi vahid hala gəlib” – Qrem Uilson unikal tapıntı haqqında

Hələ 30 il əvvəl Böyük Britaniyanın siyasi dairələrində, siyasi və cinayət hakimiyyətinin sərbəst şəkildə vahid hala gəldiyi Ermənistandan qaynaqlanan təhlükə anlayışı mövcud idi.

Bu yaxınlarda məşhur britaniyalı müəllif Qrem Uilsonun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun aşkar etdiyi Böyük Britaniya XİN-in arxiv sənədi bundan xəbər verir.

Sənəd Böyük Britaniyanın keçmiş Xarici işlər naziri Lord Devid Ouenin keçmiş Baş nazir Marqaret Tetçerə məktubdan ibarətdir. Burada o Sovet İttifaqının dağılmasının fəsadları barədə xəbərdarlıq edir.

“Xarici işlər və birlik işləri naziri vəzifəsini tutduğum müddətdə Böyük Britaniyada və bütün Avropada birbaşa alban və erməni sindikatlarının idarə etdikləri mafiya şəbəkələri ilə əlaqədar problemlər artıq meydana gəlməyə başlamışdı. Bu cinayətkar qruplaşmalar hətta, Qərbi Avropa cinayətkarlarının riayət etdikləri “oğru şərəfi” adlanan həmin şübhəli əxlaq məcəlləsinə də məhəl qoymurdular”, - D.Ouenin məktubunda deyilir.

“Zaman keçdikcə, erməni və alban sindikatları xərçəng xəstəliyi kimi bütün qitəni bürüdülər, bu da narkotik maddə ticarəti və bir çox digər bəlaların kəskin artmasına gətirib çıxardı”, -  Ermənistan və Albaniyanın bu mütəşəkkil cinayətkarlığın mərkəzində yer aldıqlarının qeyd olunduğu məktubda deyilir.

Ouenin məktubunda, həmçinin, qeyd olunur ki, İttifaqın uzaq respublikalarına Moskvanın təsirinin zəifləməsi, eyni zamanda, indiyədək bu qanunsuz qruplaşmaların Qərbə doğru daha aqressiv yayılmasının qarşısını alan əlaqələri də zəiflətmiş olur.

“Hətta Moskva belə Ermənistan və Albaniyanı siyasi və cinayətkar hakimiyyətin sərbəst şəkildə vahid hala gəldiyi mafiya əraziləri hesab edir. Yerevan və Tirananın elitalarına narkotik maddə ticarəti, pulların yuyulması, insan alveri və bir çox digər yollarla varlanmaq və hakimiyyəti möhkəmləndirmək icazəsi verilmişdir”, - keçmiş nazirin məktubunda deyilir.

1news.az saytı üçün yazdığı məqaləsində Qrem Uilson qeyd edir ki, məktub 15 may 1989-cu il tarixində yazılmışdır. O zamanlar, artıq qarşıdan gələn qlobal miqyaslı dəyişikliklərin işartısı görünürdü. Rəsmi Moskva böhran içində idi, müttəfiq respublikalar müstəqillik tələb etməyə başlamışdılar, “dəmir pərdə”də ilk çatlar meydana gəlmişdi, Qərbdə isə, Sovet imperiyasının parçalanmasının mümkün fəsadlarını qabaqcadan görürdülər.

“Lord Ouenin 30 illik tarixə malik məktubu gələcək dəyişikliklərin müjdəçisi oldu. Hazırda Avropa və Amerikada nəşr olunan qəzet başlıqlarında, həqiqətən də, “xərçəng xəstəliyi kimi yayılmış” və Lord Ouenin də qabaqcadan xəbər verdiyi kimi “görünməmiş cinayətkarlıq dalğası”na çevrilmiş erməni cinayətkar şəbəkələri haqqında danışılır”¸- Qrem Uilson yazır.

Onun sözlərinə görə, daha sonralar Yerevana və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Xankəndi şəhərinə şəxsən etdiyi səfərlər əyani şəkildə göstərdi ki, bütün bu ərazi mafiya oliqarxiyasının əsarəti altındadır.

2008-ci ildə dərc olunmuş, prezident İlham Əliyevin bioqrafiyası üzərində tədqiqat işi apararkən Ermənistana nəzarət edən çoxsaylı siyasi baronlar və biznes krallarından müsahibə götürürdüm. Onlardan heç biri sülhə azca da olsa maraq göstərmirdilər. Məhz qeyri-sabitlik onların qanunsuz məqsədlərinə xidmət edir”, - Qrem Uilson yazır.

“İndiki vəziyyətdə onların Azərbaycanla sülhə can atmalarını hindquşunun Milad bayramının gəlişinə sevinməsi ilə müqayisə etmək olar”, - o yumorla əlavə edir.

Qrem Uilson Azərbaycanın qarşısında duran bütün geosiyasi çətinliklərin aradan qaldırılmasını ölkənin mülayim və ölçülüb-biçilmiş xarici siyasət proqramının olmasında görür. Onun sözlərinə görə, yazmış olduğu “İlham Əliyev. Prezidentin protreti” kitabının dərc olunduğu 2008-ci ildən sonrakı onillik uğurlu inkişaf dövrünün şahidi olmuş oldu.

“Lakin bəzi şeyləri , güman ki, artıq heç vaxt dəyişmək mümkün olmayacaq. Liverpul universitetinin toz basmış arxivlərindən keçmiş aid səs gəlir. Keçmiş xarici işlər naziri öz baş nazirinə dəhşətli xəbərdarlıq edərək bildirir ki, cinayətkar dövlətdə siyasət və mafiya bir-birinə o qədər dolaşmışlar ki, vahid hala gəlmişlər”, - o yazır.

Qrem Uilson – siyasi liderlər və böyük dünya şirkətləri haqqında çoxsaylı bioqrafiya və kitabların müəllifidir. O Azərbaycan reallıqları ilə çox yaxşı tanışdır: o uzun illər boyu dəfələrlə ölkəmizə səfərlər etmiş, burada tarixin öyrənilməsi ilə bağlı tətqiqatlar aparmış, hakimiyyət, müxalifət və elmi dairələrin nümayəndələri ilə ünsiyyətdə olmuşdur.

Hər şeydən əlavə, o, “İlham Əliyev. Prezidentin protreti” bioqrafiyasının, Ümummilli lider Heydər Əliyev haqqında “Heydər Əliyev. Heydər Əliyev və Azərbaycanın yüksəlişi, tənəzzülü və yenidən yüksəlişi” kitabının, həmçinin, “ADR. Ölməyən arzular” kitabının müəllifidir.

Şəkildə: müəllif Qrem Uilson

 

 

Paylaş:
1125

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər