Bu ölkədə tibbi maskalardan istifadə qaydaları sərtləşdiriləcək | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə tibbi maskalardan istifadə qaydaları sərtləşdiriləcək

17:46 - 04 / 07 / 2020
Bu ölkədə tibbi maskalardan istifadə qaydaları sərtləşdiriləcək

İyulun 6-dan etibarən İsveçrədə bütün növ ictimai nəqliyyat vasitələrində tibbi maskalardan istifadə icbari olacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə qərarı İsveçrə hökuməti (Federal Şura) qəbul edib. Buna səbəb isə indiyədək maskadan istifadəyə dair tövsiyələrə əhali tərəfindən yetərincə riayət olunmamasıdır. İctimai nəqliyyatdan (qatar, tramvay, metro, avtobus, eləcə də dağ kanatları və gəmilər) istifadə edən və yaşı 12-dən yuxarı hər bir şəxs növbəti həftədən etibarən tibbi maska taxmalı olacaq.

Bununla yanaşı, hökumət riskli ölkələrdən İsveçrəyə gələn şəxslərə on günlük özünütəcrid tətbiq edəcək. Bu şəxslərə ölkəyə daxil olarkən karantin barədə məlumat veriləcək və onların üzərinə müvafiq kantonun rəsmi dövlət qurumlarında qeydiyyatdan keçmək öhdəliyi qoyulacaq. Federal Səhiyyə Agentliyi aviaşirkət və avtobus turları şirkətlərinə riskli ölkələrin siyahısını təqdim edib və bu siyahı hər ay aktuallaşdırılacaq.

Federal Prezident Simonetta Sommaruqa bildirib ki, virusun yenidən sürətlə yayılması təhlükəsi böyükdür. Ona görə də rəsmi qaydalarla əhalinin cavabdehlik hissi arasında balans yaratmaq lazımdır. Hazırkı gedişata nə həddən artıq reaksiya verilməsi, nə də etinasızlıq göstərib göz yumulmasına yol vermək olmaz.

Qeyd edilməlidir ki, indiyədək İsveçrədə 31 min 800 nəfər yeni növ koronavirusa yoluxub, 1685 nəfər bu infeksiya ilə əlaqədar həyatını itirib.

1news.az

Paylaş:
794

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər