İranda azərbaycanlılar kütləvi etiraz aksiyası keçirib | 1news.az | Xəbərlər
Dünya

İranda azərbaycanlılar kütləvi etiraz aksiyası keçirib

14:42 - 10 / 11 / 2015
İranda azərbaycanlılar kütləvi etiraz aksiyası keçirib

Noyabrın 9-da İranın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

1news.az APA-ya istinad edərək xəbər verir ki, etiraza İranın “Kanal2” telekanalında cənublu soydaşlarımızın ünvanına səsləndirilən təhqirlər səbəb olub.

Təbriz, Urmiya, Ərdəbil, Zəncan və hətta ölkənin paytaxtı Tehranda keçirilən aksiyalar zamanı etirazçılar “Biz türkük”, “İrqçiliyə ölüm”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndirib.

Məlumatda bildirilir ki, aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Etirazçılardan bir neçəsi saxlanılıb. Polis Təbrizdə etirazçıların dağılması üçün gözyaşardıcı qazdan istifadə edib. 

Ölkənin digər telekanalı olan “Səhər”in yaydığı məlumata görə, yuxarıda adı çəkilən kanalın fəaliyyəti dayandırılıb, işçi heyəti isə cəzalandırılıb.

Paylaş:
1286

Son xəbərlər

Bütün xəbərlər