Beyrutda törədilmiş partlayışa görə ölkədə matəm elan olunub | 1news.az | Xəbərlər
Dünya

Beyrutda törədilmiş partlayışa görə ölkədə matəm elan olunub

10:08 - 13 / 11 / 2015
Beyrutda törədilmiş partlayışa görə ölkədə matəm elan olunub

Livanın paytaxtı Beyrutda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. 

1news.az “Anadolu Agentliyi”nə istinad edərək bildirir ki, bunu Livanın səhiyyə naziri Vael Əbu Faur deyib. Nazirin sözlərinə görə, terrorçular tərəfindən törədilən iki partlayış nəticəsində 240 nəfər yaralanıb.  

Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nü ölkədə matəm elan edib.  Məlumata görə, bu gün ölkə ərazisində bütün dövlət qurumları və təhsil ocaqları bağlı olacaq.     

Qeyd edək ki, partlayışlar Beyrutun cənubunda yerləşən “Burc əl-Baracn” düşərgəsində törədilib.  

1news.az

Paylaş:
1052

Son xəbərlər

Bütün xəbərlər