İranlı miqrantlar ağızlarını sapla tikdilər
Makedoniya və Yunanıstan arasında qalan iranlı miqrantlar etiraz əlaməti olaraq ağızlarını sapla tikiblər.
1news.azxarici mətbuata istinadla xəbər verir ki, təqribən 6 iranlı miqrant dəmir yolunun üzərində oturaraq ədalətsizliyə etiraz ediblər.
Onlar alın və sinələrinə “Ədalətli azadlıq” yazaraq, sərhəddən yalnız İraq, Suriya və Əfqanıstan vətəndaşlarının keçməsinə icazə verdiklərinə görə Yunanıstan və Makedoniyaya etirazlarını bildiriblər.
Bir müddət sonra onlara Mərakeş və Banqladeşdən olan miqrantlar da qoşulub.
Miqrantlara qarşı bu cür sərt addım, Paris terrorunda hadisə yerində saxta Suriya pasportunun tapılmasından sonra olub.
1news.az
708