Baş nazir təyyarənin tualetində uçdu | 1news.az | Xəbərlər
Dünya

Baş nazir təyyarənin tualetində uçdu

16:12 - 23 / 11 / 2015
Baş nazir təyyarənin tualetində uçdu

Finlandiyanın baş naziri Yuxa Sipilya paytaxt Helsinkidən Oulu şəhərinə qədər yer çatışmazlığı səbəbindən təyyarənin tualetində uçmalı olub.

1news.az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə yerli “Helsingin Sanomat” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, insident noyabrın 7-də baş verib. Sipilya gecə boyu uzanan sosial təminat və səhiyyə islahatlarına dair danışıqlarda iştirak edib və həyat yoldaşı ilə uçmalı olduğu Oulu şəhərinə bütün təyyarə reyslərini qaçırıb.

Sonda Sipilya standartdan kənar həll yoluna əl atıb. O, Ouluya səhər tezdən xilasetmə xidmətinin təyyarəsində uçub. Lakin təyyarədə yalnız bir boş yer olduğundan, baş nazir həmin oturacağı həyat yoldaşına güzəştə gedib, özü isə bütün uçuşu tualetdə oturaraq keçirib.

Xatırladaq ki, Finlandiya Mərkəzi Partiyasının 54 yaşlı rəhbəri baş nazir postunu 2015-ci ilin may ayından tutur.

1news.az

 

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər