“Arab News” qəzeti Azərbaycan səfirinin müsahibəsini dərc edib | 1news.az | Xəbərlər
Dünya

“Arab News” qəzeti Azərbaycan səfirinin müsahibəsini dərc edib

15:52 - 23 / 11 / 2015
“Arab News” qəzeti Azərbaycan səfirinin müsahibəsini dərc edib

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən “Arab News” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin müsahibəsini dərc edib.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.

Müsahibə zamanı səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin vaxtdan etibarən ölkələrimizin əlaqələri ildən-ilə möhkəmlənib. Diplomat kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, tikinti, bankçılıq, neft-kimya sənayesi sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirib.

Həmçinin o, Səudiyyə Ərəbistanının beynəlxalq aləmdə artan rolu barədə danışaraq, bu ölkənin dünyada əsas oyunçulardan birinə çevrildiyini vurğulayıb.

Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında hava əlaqəsi haqqında imzalanmış Sazişin əhəmiyyəti haqqında söhbət açan R.Rzayev Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci Baş Konfransı və qurumun İcraiyyə Şurasının 36-cı iclası barədə də ətraflı məlumat verib.

1news.az

 

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər