Helsinki küçələrində “telefonlu insanlar” yol nişanı quraşdırılıb
Helsinkidə yeni yol nişanı meydana gəlib, nişan yeriyən zaman mobil qurğulardan istifadə edən insanlar haqqında xəbərdarlıq edir. Qırmızı-sarı üçbucaqda əllərində telefon olan və addımlayan insanlar təsvir edilib, “Fontanka.fi” məlumat yayıb.
1news.az gazeta.ru-ya istinadən xəbər verir ki, yol nişanı şəhərin mərkəzi rayonlarından olan Münkkiniyemidə meydana çıxıb. Nişanda “Mobile people” (mobil telefonlu adamlar) yazılıb.
Nişanı Yakob Semper və Emiliya Tiismannanın kreativ komandası hazırlayıb. Belə ki, Semper avtomobil qəzasına düşüb, səbəb isə onun bütün diqqətinin smartfonda olması olub.
659