Obama Türkiyənin öz sərhədlərini qorumaq hüququna malik olduğunu bəyan etdi | 1news.az | Xəbərlər
Dünya

Obama Türkiyənin öz sərhədlərini qorumaq hüququna malik olduğunu bəyan etdi

09:16 - 25 / 11 / 2015
Obama Türkiyənin öz sərhədlərini qorumaq hüququna malik olduğunu bəyan etdi

ABŞ prezidenti Barak Obama Türkiyənin Suriya ilə sərhədində Rusiyanın Su-24 bombardmançısının vurulmasına münasibət bildirib.

1news.az-ın РБК-ya istinadla verdiyi məlumata görə, Obama yaxın vaxtlarda Türkiyə və Rusiya arasında dialoqun vacibliyini vurğulayıb.

“Biz hadisənin təfərrüatları ilə bağlı məlumatları almaqda davam edirik. Türkiyə, hər bir ölkə kimi, öz sərhədlərini və hava məkanını qorumaq hüququna malikdir. Hesab edirəm ki, yaxın vaxtda Türkiyə və Rusiya arasında dialoq olmalıdır”, - ABŞ prezidenti bildirib.

1news.az

 

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər