Parisdə BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransı öz işinə başlayır | 1news.az | Xəbərlər
Dünya

Parisdə BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransı öz işinə başlayır

11:27 - 30 / 11 / 2015
Parisdə BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransı öz işinə başlayır

Bu gün Fransanın paytaxtı Parisdə yüksək səviyyəli, ən kütləvi tədbirlərdən biri olan BMT çərçivə konvensiyasının iqlim dəyişikliyi barədə COP21 konfransının açılışı olacaq.

1news.az-ın РИА Новости-yə istinadla verdiyi xəbərə görə, konfransda təxminən 150 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək.

2014-cü ilin dekabrında Limada keçirilən XX konfransda 196 iştirakçı ölkənin nümayəndəsi Paris anlaşması üçün əsas olmalı olan anlaşma mətnini təsdiqləyib. Anlaşma mətni COP21 zamanı imzalana və gözlənildiyi kimi, 2020-ci ildə Kioto protokolunu əvəzləyə bilər.

BMT-nin iqlim dəyişikliyi haqqında çərçivə sazişinə əlavə olaraq, 1997-ci ildə Kiotoda qəbul edilən beynəlxalq anlaşma inkişaf etmiş və keçid iqtisadiyyatına malik ölkələr qarşısında parnik qazları tullantılarını azaltmaq və ya sabitləşdirmək öhdəliyini qoyub.

Paris forumunda vətəndaş cəmiyyətinin 14 min nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Onun işıqlandırılması üçün bildiriş təxminən 6000 jurnalistə yollanılıb, lakin iki dəfə az - yalnız 3000 nəfər akkreditasiyadan keçib. Təşkilatçılar bunu istəyən hər kəsin qəbul olunmasının texniki nöqteyi-nəzərdən mümkün olmaması ilə izah edib.

Konfrans çərçivəsində mədəniyyət sahəsində 65 layihə, 227 digər tədbir, 184 diskussiya və dəyirmi masanın təşkili baş tutacaq.

COP21-in təşkili və hazırlığı 170 milyon avroya başa gəlib.

1news.az

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər