Türkiyəli nazir ruslara müraciət etdi: “Türkiyə sizin evinizdir” | 1news.az | Xəbərlər
Dünya

Türkiyəli nazir ruslara müraciət etdi: “Türkiyə sizin evinizdir”

10:29 - 30 / 11 / 2015
Türkiyəli nazir ruslara müraciət etdi: “Türkiyə sizin evinizdir”

Rusiya Federasiyası vətəndaşlarına səslənmək istəyirəm. Türkiyə sizin evinizdir. Rahat şəkildə Türkiyəyə gələ bilərsiniz. Türkiyə son dərəcə təhlükəsiz ölkədir. 

1news.az Hurrıyet-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal deyib. 

Bölgədə baş verən proseslərin Türkiyəyə də təsirindən danışan Ünal qeyd edib ki, Türkiyəni əhatə edən 6-7 ölkə idarəedilməz vəziyyətdədir:

“Bizi əhatə edən 6-7 ölkə idarəedilməz vəziyyətdədir. Bu çoğrafiyada Türkiyə bir dinclik, sabitlik, təhlükəsizlik adası olaraq ayaqdadır. Millətimiz rahat olsun. Həm milli, həm də beynəlxalq səviyyədə problemləri həll edə biləcək güclü hökumətimiz var”, - deyən nazir Antalyada keçirilmiş liderlərin Böyük İyirmilik (G20) sammitini nümunə olaraq qeyd edib ki, Türkiyə təhlükəsiz ölkədir.

1news.az

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər