Soros fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi | 1news.az | Xəbərlər
Dünya

Soros fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi

14:09 - 30 / 11 / 2015
Soros fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi

Rusiya Baş Prokurorluğu Con Soros tərəfindən təsis edilmiş Açıq Cəmiyyət İnstitutu (Open Society Foundations) və “Yardım” təşkilatını (OSI Assistance Foundation) arzuolunmaz təşkilatlar elan edib.

Bu haqda 1news.az Интерфакс- a istinadla xəbər verir.

“Bu qərar Federasiya Şurasının Baş Prokurorluğa, Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə “vətənpərvər stop-siyahı”ya daxil edilmiş təşkilatlarla bağlı araşdırma aparmaq barədə müraciətlə əlaqədar qəbul edilib”, - Baş pokurorluqda bildirilib.

Qəbul edilən qərar haqqında informasiya artıq Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə təqdim edilib.

1news.az

Paylaş:
842

Son xəbərlər

Bütün xəbərlər