Fermer bağından xəzinə tapdı
İsveçrəli fermer albalı bağından Roma imperiyası dövrünə aid böyük xəzinə taparaq arxeoloqlara təhvil verib.
1news.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, arxeoloqlar miladi təqvimlə 295-ci ilə aid olan xəzinədən üzərində Roma imperatorlarının şəkilləri həkk olunmuş 4166 ədəd bürünc sikkə aşkar ediblər.
Arxeoloqlar ötən müddət ərzində sikkələrin yaxşı qaldığını xüsusi qeyd ediblər. Belə ki, indiyədək tapılan sikkələrin böyük əksəriyyəti yanmış, qırılmış və ya parçalanmış şəkildə olub.
Tapıntı yaxın vaxtlarda İsveçrənin Bruqq şəhərindəki Vindonissa muzeyində sərgilənəcək.
1news.az
867