Kolumbiya mafiyası Parisdə iki terrorçunu güllələyərək "milli qəhrəman"a çevriliblər | 1news.az | Xəbərlər
Dünya

Kolumbiya mafiyası Parisdə iki terrorçunu güllələyərək "milli qəhrəman"a çevriliblər

09:15 - 21 / 11 / 2015
Kolumbiya mafiyası Parisdə iki terrorçunu güllələyərək "milli qəhrəman"a çevriliblər

Parisdə beynəlxalq axtarışda olan Kolumbiya mafiyasının nümayəndələri avtomatla kafeyə daxil olan İŞİD silahlılarını ("İraq-Şam İslam Dövləti" terror qruplaşması) güllələyiblər.

1news.az "Report"a istinadən  xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı yazır.

Narkokartel nümayəndələri bu hərəkətləri ilə onlarla insanın həyatını xilas ediblər və hadisə yerinə gələn polisləri çətin seçim qarşısında qoyublar.

Məlum olub ki, insident noyabrın 19-u axşam saatlarında Paris kafelərindən birində baş verib. İki İŞİD silahlısı kafeyə basqın edərək müştərilərə atəş açmağa başlayıb. Bu zaman orada olan "Şimal narkokarteli"nin üç nümayəndəsi terrorçulara cavab atəşi açaraq onları zərərsizləşdiriblər və müəssisənin onlarla ziyarətçisinin həyatını xilas etmiş olublar.

Hadisə yerinə gələn polis əməkdaşları kolumbiyalıları saxlayıb. KİV-in yazdığına görə, çox güman ki, mafiozlar Kolumbiya hakimiyyətinə təhvil veriləcəklər.

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər