110 ilin ən böyük tapıntısı | 1news.az | Xəbərlər
Dünya

110 ilin ən böyük tapıntısı

11:13 - 20 / 11 / 2015
110 ilin ən böyük tapıntısı

1905-ci ildən bəri dünyanın ən böyük almazı tapılıb.

1news.az Hüriyyet qəzetinə istinadən verdiyi məlumata görə, Botsvanada çıxarılan almazın əyarı 111 karatdır.

Eni 6.5, hündürlüyü 5.6, dərinliyi isə 4 sm olan almaz Kanadanın “Lucara Diamond” şirkəti tərəfindən çıxarılıb.

Qeyd edək ki, dünyanın ən böyük almazı 1905-ci ildə tapılmışdı. 3.106 karat olan bu almaz 1908-ci ildə bir neçə hissəyə bölünüb və ondan 9 iri, 96 kiçik brilliantlar düzəldilib. Onlardan biri, 317 karatlıq brilliant Britaniya imperiyasının tacına taxılıb.

1news.az

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər