İŞİD yenə Fransanı hədələyir | 1news.az | Xəbərlər
Dünya

İŞİD yenə Fransanı hədələyir

09:15 - 22 / 11 / 2015
İŞİD yenə Fransanı hədələyir

İŞİD terror qruplaşması Fransanı yeni terror aktları ilə hədələyib.

1news.az Reuters-ə istinadən xəbər verir ki, yaraqlılar bununla bağlı videomüraciət yayıblar.

Nəşrin məlumatına görə, terrorçuların aktivliyi monitorinqi ilə məşğul olan SITE təşkilatı bu videonun İŞİD-ə aid saytlarda yerləşdirildiyini bildirib.

Videoda iki terrorçu Fransanın Suriyada yerləşən İŞİD-in mövqelərinə endirdiyi aviazərbələrə görə qisas olduğunu qeyd edərək, Parisi yeni terror aktları ilə hədələyiblər.

1news.az

 

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər