Rusiya prezidenti İrana səfər edəcək | 1news.az | Xəbərlər
Dünya

Rusiya prezidenti İrana səfər edəcək

14:40 - 22 / 11 / 2015
Rusiya prezidenti İrana səfər edəcək

Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasına səfər edəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Rusiya Prezidentinin köməkçisi Yura Uşakov bildirib ki, V.Putin Qaz İxrac edən Ölkələrin Forumunun toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Rusiya prezidenti İranın ali rəhbəri Əli Xamneyi və prezident Həsən Ruhani ilə də görüşəcək.

Görüşlərdə qarşılıqlı investisiyaların yatırılması, atom enerjisi, neft və qaz sahəsində əməkdaşlıqla yanaşı regional təhlükəsizlik məsələləri də müzakirə olunacaq.

1news.az

 

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər