“Facebook”un rəhbəri 2 aylıq məzuniyyətə gedəcək | 1news.az | Xəbərlər
Dünya

“Facebook”un rəhbəri 2 aylıq məzuniyyətə gedəcək

13:25 - 21 / 11 / 2015
“Facebook”un rəhbəri 2 aylıq məzuniyyətə gedəcək

Dünyanın ən böyük sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zukerberq iki ay müddətinə “Facebook”dakı fəaliyyətinə fasilə vermək qərarına gəlib.

1news.az  xəbər verir ki, özünün şəxsi “Facebook” səhifəsində bu barədə məlumat verən M.Zukerberq 2 aylıq məzuniyyət götürmək haqda qərar qəbul etdiyini bildirib.

“Prisilla və mən qızımızın gəlişi üçün hazırlaşmağa başlamışıq. Biz sevimli uşaqlıq kitablarımızı və oyuncaqlarımızı da onun üçün seçmişik. Onun həyatının ilk ayı ərzində işə fasilə vermək niyyətindəyik. Bu, şəxsi qərardır. Mən 2 aylıq məzuniyyət hüququmdan istifadə etmək niyyətindəyəm. Araşdırmalar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələri üçün vaxt ayırması daha xeyirlidir”.

M.Zukerberqin sözlərinə görə, “Facebook” 4 aylıq analıq məzuniyyəti üçün müavinət ödəyir. Eyni zamanda şirkətin kişi personalı da məzuniyyət götürmək hüququna malikdir.

“Həyatımızda növbəti mərhələyə başladığımız üçün çox sevinirik”, - deyə gələcək ata duyğularını bölüşüb.

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər