İrəvanda fasiləsiz etiraz aksiyaları keçirilir
Hakim rejim cəmiyyətə qarşı müharibə elan edib. Rejimə güclənməyə imkan verməyəcəyik. Biz Serj Sarkisyanın istefasının başlanğıcı olması üçün hər şeyi edəcəyik.
1news.azErmənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın “İrs” partiyasının lideri Raffi Hovhannisyan İrəvanın Azadlıq meydanında keçirilən mitinq zamanı deyib.
Raffi Hovhannisyan bildirib:
“Rejimin son günləridir və rejim özü də bunu dərk edir, biz azad, müstəqil ölkə istəyirik və bunu edəcəyik”.
“Yox” cəbhəsinin təmsilçisi Vladimir Karapetyan da çıxış edərək bildirib ki, son günlər Ermənistanda Konstitusiya islahatlarının əleyhinə çıxanlara qarşı təzyiq edilib:
“Beynəlxalq birlik isə referenduma göz yumub, bu faktdır ki, ATƏT İrəvana müşahidəçi missiya göndərib”.
Xatırladaq ki, dünən axşam saatlarından başlayaraq Ermənistanda müxalifət Konstitusiya islahatlarının aparılmasına qarşı etiraz aksiyası keçirir.
1news.az