Facebook-un banisi ata oldu | 1news.az | Xəbərlər
Dünya

Facebook-un banisi ata oldu

19:05 - 02 / 12 / 2015
Facebook-un banisi ata oldu

Facebook sosial şəbəkəsinin banisi Mark Tsukerberq və onun həyat yoldaşı Pristsilla Çanın qızı dünyaya gəlib.

Bu haqda 1news.az xarici mətbuata istinadən yazır.

“Pristsilla və mən qızımız Maksı bu dünyada salamlamaqdan çox şadıq!”, - deyə, Tsukerberq öz səhifəsində yazıb.

Valideynləri yeni doğulmuş qızlarına ünvanladıqları məktubda onun böyüyəcəyi dünyanı necə görmək istədiklərini bildiriblər.

“Bu, bizim nəslin xəstəlikləri sağaldaraq, tədrisi fərdiləşdirərək, ekoloji təmiz enerjini mənimsəyərək, insanları birləşdirərək, güclü cəmiyyətlər quraraq, yoxsulluq səviyyəsini azaldaraq, bərabər hüquqları təmin edərək və ölkələr arasında anlaşmanı genişləndirərək insan potensialını irəli aparacaq və bərabərliyi təşviq edəcək bir dünya olacaq”, - deyə, Tsukerberq və Çan qeyd ediblər.

Həmçinin onlar şirkətin əllərində olan səhmlərinin 99%-ni xeyriyyə məqsədləri üçün verəcəklərini bildiriblər.

“Biz Facebook-da malik olduğumuz səhmlərin 99%-ni – hazırda bu, təxminən 45 milyard dollar edir – bütün həyatımız boyu xeyriyyə üçün sərf edəcəyik ki, gələcək nəsillər üçün bu dünyanı yaxşılaşdırmaq naminə digər insanlara qoşulaq”, - deyə, onlar bildiriblər.

1news.az

Paylaş:
930

Son xəbərlər

Bütün xəbərlər