İŞİD namaz vaxtı Banqladeşdəki məscidə hücum edib

Banqladeşin şimalındakı məscidə namaz vaxtı naməlum şəxslərin şiələrə atəş açmaları nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
1news.az-ın TACC-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat verib.
Boqra dairəsinin polis idarəsi rəhbərinin sözlərinə əsasən, Haripur kəndindəki məscidin atəşə tutulması nəticəsində 5 nəfər iştirak edib. Onlar cinayətdən sonra hadisə yerindən uzaqlaşıblar.
Hücumla bağlı məsuliyyəti üzərinə İŞİD terror təşkilatı götürüb.
831