Səudiyyə Ərəbistanı ən böyük neft istehsalçısı oldu

Səudiyyə Ərəbistanı dünyanın ən çox neft hasil edən ölkə rütbəsini yenidən geri qaytarıb.
1news.az RİA Novosti –yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın “Əl-İqtisadiya” nəşri məlumat yayıb.
“Səudiyyə Ərəbistanı doqquz ay müddətinə sutkalıq neft hasilatını 10,19 milyon barelə qədər artırıb. Rusiya isə 70 min barellə hazırki liderdən geri qalır”, - deyə nəşr yazıb.
Qəzetin qeyd etdiyi kimi, neft hasilatının hazırki həcmləri Səudiyyə Ərəbistanında neft sənayesinin bütün tarixi üçün ən yüksək göstəricidir. Belə ki, Səudiyyə Ərəbistan ilk dəfə bu titula 2003-cü ildə layiq görülmüşdü.
Nəşr yazıb ki, 2012-ci ildə bu ölkə sutkada 9,8 milyon barel neft hasil edib, bu vaxt isə neftin dünya bazarında qiyməti nə az nə çox düz 112 dollar təşkil edib.Nəşrin məlumatına görə, cari ilin 9 ayı ərzində dünyada neft hasilatı 1,8% və ya sutkada 74,2 milyon barelə qədər artıb.Bu isə ən böyük neft istehsalçı şirkətlərinin neftin qiymətinin düşməsi ilə əlaqədar bazarda paya sahib olmaq və zərərləri kompensasiya etmək cəhdlərindən qaynaqlanıb.