Kənan Yavuz: “TANAP-ın reallaşdırılması istiqamətində 1 saniyə belə itirmək olmaz”
“Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Layihəsinin reallaşdırılması istiqamətində 1 saniyə belə itirmək olmaz”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Kənan Yavuz “Anadolu” agentliyinə açıqlamasında bildirib.
K.Yavuz bildirib ki, Türkiyənin Baş naziriƏhməd Davudoğlunun Bakıya rəsmi səfəri çərçivəsindəTANAP-ın tikintisinin sürətləndirilməsi barədə siyasi qərar qəbul edilib.
“Anlayırıq ki, layihənin tikintisi maksimum tez qurtarmalıdır. Podratçı şirkətlərlə yenidən söhbətlər aparılacaq, tikinti işləri 24 saatlıq rejimdə aparılacaq. Bir saniyə belə itirə bilmərik”, - deyə K.Yavuz bildirib.
Türkmənistan qazının da AvropayaTANAP-la nəql olunmasına işarə edən K.Yavuz bildirib ki, kəmərin illik ötürücülük qabiliyyəti 31 mlrd. kubmetrə qalxa bilər.