Rusiyanın gəmiləri Xəzərdə təlim keçirir

Rusiyanın Xəzər donanmasının gəmilərinin heyəti hərbi hazırlıq çərçivəsində təlimlərə başlayıblar.
1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.
“İlk kurs vəzifəsinin elementlərinin yerinə yetirilməsinə 50 gəmi, o cümlədən “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç”, “Veliki Ustyuq”, “Volqodonsk”, “Maxaçkala”, “Astraxan” kiçik raket və artilleriya gəmiləri başlayıb”, press-relizdə deyilir.
Dənizçilər gəminin döyüşə və səfərə hazırlığına, sağ qalmaq uğrunda mübarizəyə, hava əleyhinə müdafiəyə dair müxtəlif təlimlər keçirirlər.
805