Tacikistanda 7,2 bal gücündə zəlzələ olub | 1news.az | Xəbərlər
Dünya

Tacikistanda 7,2 bal gücündə zəlzələ olub

12:47 - 07 / 12 / 2015
Tacikistanda 7,2 bal gücündə zəlzələ olub

Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib.

1news.az-ın -“РИА Новости” yə istinadla verdiyi xəbərə görə, zəlzələ Hindistanın şimal bölgələrində də hiss edilib.

Tacikistanın paytaxtı Düşənbənin 367 kilometr şərqində meydana gələn zəlzələnin insan itkisinə səbəb olub-olmadığı ilə bağlı hələ ki məlumat açıqlanmayıb.

ABŞ geoloji araşdırmalar təşkilatı USGS tərəfindən verilən açıqlamaya görə, 10 kilometr dərinlikdə meydana gələn zəlzələ Hindistanın Dehli və Srinagar bölgələrində də hiss edilib.

1news.az

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər