Türkiyəli nazir Rusiyanı boğazların statusu haqqında konvensiyanı pozmaqda ittiham edir – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyəli nazir Rusiyanı boğazların statusu haqqında konvensiyanı pozmaqda ittiham edir – FOTO

14:20 - 07 / 12 / 2015
Türkiyəli nazir Rusiyanı boğazların statusu haqqında konvensiyanı pozmaqda ittiham edir – FOTO

Türkiyə hökuməti dekabrın 6-da İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində bir əsgərin çiynində daşınan zenit-raket kompleksi tutması faktı ilə bağlı Rusiyaya rəsmi etirazını bildirib.

1news.az-ın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Lazımi addımlar atıldı”, - deyə o, söyləyib.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasının Qara dəniz donanmasına məxsus “Sezar Kunikov”adlı desant gəmisi dekabrın 6-da İstanbuldan keçərkən gəminin göyərtəsində bir rus əsgəri çiynində hava hədəflərini vurmaq üçün nəzərdə tutulan silah tutub. Bu silahın “Strela” və ya “İqla” daşınan zenit-raket kompleksi (PZRK) olduğu güman edilir. Əsgərin fotoları Türkiyə mediasında yayıldıqdan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya hərbçilərinin bu hərəkətini provokasiya adlandırıb. Dənizçilik, kommunikasiya və rabitə naziri Binəli Yıldırım isə bu addımı 1936-cı ildə imzalanmış və Türkiyə boğazlarındakı hüquqi rejimi müəyyən edən Montrö Konvensiyasının pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, həmin sənədə əsasən Türkiyə özünə qarşı hər hansı ölkədən hərbi təhlükə hiss edərsə, boğazları həmin ölkənin hərbi gəmiləri üçün bağlaya bilər.

Hadisədən sonra NATO-ya məxsus 3 hərbi gəmi boğazda lövbər salıb.

1news.az

Paylaş:
959

Sizin üçün xəbərlər

Son xəbərlər

Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06
Bütün xəbərlər