Ermənistan müxalifəti İrəvanda etiraz aksiyası keçirir - FOTO | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan müxalifəti İrəvanda etiraz aksiyası keçirir - FOTO

10:12 - 07 / 12 / 2015
Ermənistan müxalifəti İrəvanda etiraz aksiyası keçirir - FOTO

Ermənistandakeçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb.

1news.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, öncə paytaxtın Azadlıq meydanında mitinq keçirilib.

Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub.

Mitinq başlayana qədər İrəvan Polisinin rəis müavini Valeri Osipyan “İrs” Partiyasının lideri Raffi Ovanisyana xəbərdarlıq edərək, xalqı iğtişaşlara sürükləməməyə çağırıb, əks halda polisin ictimai asayişi təmin etmək üçün lazımi addımlar atmaq məcburiyyətində qalacağını deyib.

Mitinqdə çıxış edən R.Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb.  

Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar.

O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.

Mitinqin ardınca isə xeyli sayda polisin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasının binası önünə yürüş başlayıb.

Yürüşə Təsisçi Parlamentin üzvü Jirayr Səfilyan və R.Ovanisyan rəhbərlik edir. Lakin polis MSK-nın binası istiqamətində yolu bağlayıb. V.Osipyan bunu onunla izah edib ki, hazırda MSK-nın iclası keçirilir. O buna etiraz edən aksiya iştirakçılarına səs-küy salmamaq və ictimai asayişi pozmamaq barədə xəbərdarlıq edib.   

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu barədə məlumatlar var.

Qeyd edək ki, bu gün Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

1news.az

Paylaş:
1090

Son xəbərlər

Bütün xəbərlər