Ermənistan müxalifəti parlamentin sessiyasını boykot edib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan müxalifəti parlamentin sessiyasını boykot edib

17:35 - 07 / 12 / 2015
Ermənistan müxalifəti parlamentin sessiyasını boykot edib

“Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələri hakimiyyət tərəfindən saxtalaşdırıldığı üçün Ermənistan parlamentinin sessiyasını boykot edirik”.

1news.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan parlamentin bu gün keçirilən iclasında deyib.

“Yaranmış vəziyyətdə sizinlə bir masa arxasında əyləşib, həmişəki kimi işləyə bilməyəcəyimiz üçün boykot elan edirik. Boykotun səbəbi referendumun nəticələrini saxtalaşdırmaqla xalqın iradəsini utanmazcasına zorlamaqdır. Seçkilərdə bülletenlərin topa şəklində atılması, zorakılıq, təzyiq, rüşvət verilməsi kimi hallar müşahidə olunub”, - deyə o vurğulayıb.

Ermənistan parlamentinin sədri Qalust Saakyan L.Zurabyanın çıxışına müdaxilə edərək “fərqli nöqteyi-nəzərlərimiz var” deyib və mikrofonu söndürüb. Buna cavab olaraq müxalifətçi deputatlar Levon Zurabyan, Aram Manukyan və Qaqik Canqiryan iclas zalını tərk ediblər.

Qeyd edək ki, dünən Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Aşağı seçici fəallığı ilə keçən referendumda konstitusiya islahatlarının lehinə vətəndaşların 63,35%-i səs verib.

1news.az

Paylaş:
927

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər